"Quru sərhədlərimiz bağlıdır. Karantin qaydaları yumşaldılıb, amma pandemiya aradan qalxmayıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır.
"Dağıstan sərhədində qalan soydaşlarımızın məsələsi də hökumətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib”.
Anar Kəlbiyev