Martın 24-də NATO-nun Ukraynadakı vəziyyət və alyansın müdafiə qabiliyyətinin artırılması ilə bağlı fövqəladə sammiti keçiriləcək.
“Unikal” xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq çərşənbə axşamı özünün tviter səhifəsində yazıb.
"Mən martın 24-də NATO-nun mənzil-qərargahında fövqəladə sammit çağırdım. Biz Rusiyanın Ukraynaya müdaxiləsini, Ukraynaya güclü dəstəyimizi, NATO-nun çəkindirici və müdafiə qabiliyyətinin daha da gücləndirilməsini müzakirə edəcəyik", - NATO-nun baş katibi bildirib.
ABŞ-ın NATO-dakı daimi nümayəndəliyindən verilən məlumata görə, sammitdə Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden də iştirak edəcək.