İspaniyada daşqın qurbanlarının sayı 223 nəfərə çatıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente bildirib.

“215-i Valensiyada, 7-si Kastiliya-La-Mança Muxtar Birliyində, 1-i Əndəlusda olmaqla 223 nəfər ölüb”, - deyə o, X sosial şəbəkəsində yazıb.

Bundan əlavə, 78 nəfər itkin düşüb, 48 nəfərin şəxsiyyəti hələ də müəyyən edilməyib. 

Xatırladaq ki, oktyabrın 29-da İspaniyanın müxtəlif bölgələrində güclü leysan yağıb. Ölkənin cənub və şərq rayonları xüsusilə güclü təsirə məruz qalıb.