Martın 16-da səhər saatlarından etibarən Ukrayna Silahlı Qüvvələri müvəqqəti olaraq Ukraynanın işğal olunmuş ərazilərində işğalçı qoşun qruplarına sarsıdıcı zərbələr endirməyə və bəzi rayonlarda əks-hücuma keçməyə nail olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
“Son gün ərzində müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri müvəqqəti olaraq Ukraynanın işğal olunmuş ərazilərində işğalçı qoşun qruplarına sarsıdıcı zərbələr endirməyə və bəzi ərazilərdə əks-hücum əməliyyatına başlamağa müvəffəq olub”, - məlumatda deyilir.
Həmçinin bildirilir ki, Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin hərəkətləri nəticəsində üç təyyarə (onlardan ikisi Su-34) məhv edilib. Bundan əlavə, bir helikopter, üç əməliyyat-taktiki PUA və iki qanadlı raket vurulub. Hazırda əlavə məlumat dəqiqləşdirilir. Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr yer hədəflərinə raket və bomba zərbələri endirməyə davam edib. İşğalçı qoşunların texnika kolonnalarına və dəstələrinə 9 hava zərbəsi endirilib. İşğalçı qüvvələr Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir. Düşmən bəzi ərazilərdə geri çəkilərkən itki verməkdə davam edir. İşğalçıların əsas səyləri əvvəllər işğal olunmuş sərhədlərin və müdafiə sahələrinin möhkəmləndirilməsinə və qorunub saxlanmasına yönəlib.
Gülayə Mecid