Almaniyada ukraynalı yük maşını sürücüsü əcnəbi həmkarları tərəfindən öldürülüb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, münaqişəyə səbəb Rusiya prezidenti Vladimir Putinlə bağlı mübahisə və Ukraynada keçirilən xüsusi əməliyyat olub.

Hadisə Baden-Vürtemberq əyalətinin Oberrot kəndi yaxınlığında baş verib. Müxtəlif ölkələrdən olan 4 sürücü yük maşını dayanacağında spirtli içki qəbul edib. Söhbət Ukraynadakı xüsusi hərbi əməliyyata və Putinin hərəkətlərinə toxunduqda, münaqişəyə çevrilib.

Onlar arasında dava düşüb, nəticədə 34 yaşlı ukraynalı həlak olub. Polis əməkdaşları birinin Özbəkistan vətəndaşı, digər ikisinin isə Şərqi Avropa ölkələrindən olduğu 3 sürücünü saxlayıb.