ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonrakı ilk 7 gündə sələfi Co Baydenin 94 sərəncamını ləğv etmək edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Trampın seçki kampaniyasının sözçüsü Karolin Levitt "Fox News" telekanalına müsahibəsində danışıb.

O, bildirib ki, söhbət Bayden və vitse-prezident Kamala Harrisin immiqrasiya və iqtisadi böhranlara səbəb olan sərəncamlarından gedir: 

"Buna görə də Tramp, Bayden-Harris administrasiyasının qoyduğu əks reaksiyanı aradan qaldırmaq üçün yenidən prezident seçildi", - Levitt ifadə edib:

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Tramp və Harris bu vəzifə üçün yarışıblar. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi.

İlkin hesablamalara görə, Tramp 312, Harris isə 226 səs toplayır. Seçkilərin nəticələri dekabrda rəsmən təsdiqlənəcək.