Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edilib.

"Unikal" xəbər verir ki, dəfn mərasimində Xalq yazıçısının ailə üzvləri və dostları, mədəniyyət naziri Anar Kərimov, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib. 

***

12:05

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib.

"Unikal" xəbər verir ki, əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib.