Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti həmçinin Türkiyə Ermənistan münasibətlərini müzakirə edib.
Liderlər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunub.
Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan baş nazirinin apreldə Rusiyaya rəsmi səfərinin təşkili məsələləri müzakirə edilib.