Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabındakı paylaşımında bildirib.
“Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşanı ziyarət etmək üçün Xankəndi adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq. Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”, - Prezidentin köməkçisi qeyd edib.
We are flying to Fuzuli airport with the plane entitled Khankandi to visit Shusha with the UN family accredited in Azerbaijan. 30th anniversary of Azerbaijan's admission to @UN will be celebrated in #Shusha with #UN institutions. Flag of UN will be waved in liberated Shusha! pic.twitter.com/sDSnMwSlQX
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 18, 2022