YAP İdarə Heyətinin bu gün keçirilən iclasında partiyanın illik maliyyə hesabatı təsdiq edilib.
"Unikal" xəbər verir ki, hesabat Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.
12:00
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videoformatda iclası keçirilir.
"Unikal" xəbər verir ki, toplantıda əvvəlcə partiyanın 2021-ci il üzrə maliyyə hesabatları müzakirəyə çıxarılacaq.
Daha sonra İdarə Heyətinin üzvləri “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədini müzakirə edəcəklər.