Sabiq səhiyyə naziri, HƏP sədri Əli İnsanov Prezident İlham Əliyevi Novruz Bayramı münasibəti ilə təbrik edib.
"Unikal" xəbər verir ki, partiya sədri bununla bağlı sosial şəbəkədəki hesabında yazıb: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə məni təbrik etmişdir və mən də qarşılıqlı təbrikimi və təşəkkürümü çatdırmışdım. Bu gün Prezident Sarayından Novruz Bayramı münasibətilə mənə prezident İlham Əliyevin təbrikini çatdırdılar və mən də bu yüksək diqqətə görə dərin təşəkkürümü bildirdim.
Novruz Bayramı münasibətilə təbrikiniz mənə çatdırıldı. Şəxsimə göstərdiyiniz yüksək diqqətinizə görə dərin təşəkkürümü bildirir, xalqımızın qədim bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, vətənimizin tərəqqisi və xalqımızın yüksək rifahı uğrunda görəcəyiniz bütün işlərinizdə böyük uğurlar arzulayıram. Sizinlə görüşə hazır olduğumu bir daha yüksək diqqətinizə çatdırıram".