Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Unikal"a bildirib ki, bu saata olan məlumata görə, respublikanın bəzi rayonlarında güclü külək müşahidə olunub, bir sıra rayonlarda fəsadlar törədib.

Belə ki, Gəncədə martın 19-da bir neçə ağacın budaqları qırılıb, ayrı-ayrı tikililərin dam örtüyü zədələnib.