Yeni Zelandiya sahillərində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub, 1 nəfərin axtarışları davam edir.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Baş Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, gəminin heyət üzvü olan dördüncü balıqçının cəsədi axtarış-xilasetmə əməliyyatları zamanı Şimal burnunda aşkar edilərək göyərtəyə qaldırılıb.
Batmış gəminin beşinci heyət üzvünün axtarışları hazırda davam etdirilir.