Bir gündə Rumıniyaya nəzarət-buraxılış məntəqələri vasitəsilə 68 min 161 nəfər daxil olub ki, onlardan 10 min 699-u Ukrayna vətəndaşıdır.
"Unikal" xəbər verir ki, bu barədə Rumıniya Sərhəd Polisinin Baş Müfəttişliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna ilə Rumıniyanın sərhədindən 5390 Ukrayna vətəndaşı, Moldova Respublikası ilə sərhədindən isə 3588 Ukrayna vətəndaşı ölkəyə daxil olub.
Fevralın 24-dən bu günə kimi 491 min 165 Ukrayna vətəndaşı Rumıniyaya daxil olub.