İranda son sutka ərzində 1256 nəfər koronavirusa (COVID-19) yoluxub, 52 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 139 662 nəfərə, yoluxanların sayı isə 7 141 289 nəfərə çatıb.