Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında məlumat paylaşıb.
Türkiyəli nazir BƏƏ-li həmkarı ilə ikitərəfli münasibətlər və regional hadisələri, həmçinin, Ukraynadakı vəziyyəti müzakirə edib.