Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə çağırıb.
"Unikal" xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına cavab verərkən deyib.
"Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin", - XİN rəsmisi vurğulayıb.