"Avropa İttifaqı Rusiya qazının pulunu rublla ödəməyəcək".
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
Onun sözlərinə görə, bu variant qəbuledilməzdir. Bu, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara ziddir.
“Bu, sanksiyalardan yayınmaq deməkdir. Biz məhdudiyyətlərimizin aşılmasına imkan verməyəcəyik”, - deyə o bildirib.