ABŞ prezident seçkilərinin nəticəsi heç bir halda İran daxilində vəziyyəti dəyişməyəcək, insanların həyatında heç bir dəyişiklik olmayacaq. 

"Unikal" xəbər verir ki, bunu İslam Respublikası hökumətinin nümayəndəsi Fatem Mohacerani deyib.

"ABŞ prezident seçkilərinin bizimlə birbaşa əlaqəsi yoxdur, ABŞ-İran siyasətinin ümumi vektoru dəyişməz qalacaq", - Mohacerani vurğulayıb.

Onun sözlərinə görə, artıq Vaşinqtonun gələcək xarici siyasəti ilə bağlı lazımi proqnozlar verilib və ABŞ seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, sadə iranlıların həyatında heç nə dəyişməyəcək.

Ağarza Elçinoğlu