Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda torpağa tapşırılıb.

"Unikal" xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, A.Mütəllibov uzun sürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib.

***

10:44

Ötən gün vəfat edən Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun dəfn ediləcəyi yer məlum olub.

"Unikal" xəbər verir ki, o, I Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Ayaz Mütəllibovla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək.