Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun vida mərasiminə əklil göndərib. Əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq.