Putin heç vaxt Zelenski ilə görüşməkdən imtina etməyib.
"Unikal"ın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Serbiya KİV-lərinə müsahibəsində bildirib.
“Putinlə Zelenski arasında görüş lazımdır. Lakin Rusiyaya danışıqlarda konkretlik lazımdır. İndi Putin və Zelenski arasında fikir mübadiləsi ilə üçün görüş qeyri-məhsuldar olardı”, deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov Rusiya-Ukrayna danışıqlarında konkret nəticələr əldə olunandan sonra Putin və Zelenskinin bu nəticələri təsdiqləmək üçün görüşə biləcəklərini söyləyib.