841 Rusiya vətəndaşının Latviyada yaşamaq icazəsinin müddəti başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Yerli Vətəndaşlıq və Miqrasiya İdarəsinin (PMLP) saytı məlumat yayıb.
Latviya hakimiyyəti onlardan ölkəni tərk etməyi tələb edib.
Qeyd olunur ki, ruslar Avropa İttifaqında daimi yaşayış statusu almaq üçün sənədlər təqdim etməyiblər. Bu, iyunun 30-dək edilməli idi, tələb olunan sənədlər arasında dövlət dili imtahanını müvəffəqiyyətlə bitirmək haqqında arayış da var.
İndi onlar 2025-ci il noyabrın 30-dək Latviya ərazisini tərk etməyə borcludurlar.
Ağarza Elçinoğlu