Suriyanın Sveyda əyalətindəki silahlı toqquşmalarda azı 718 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bazar günündən bu yana 146 druz döyüşçüsü və 245 mülki şəxs öldürülüb, onlardan 165-i Suriya müdafiə və daxili işlər nazirliyi əməkdaşları tərəfindən güllələnib.
Toqquşmalar zamanı 287 hökumət əsgəri və 18 bədəvi döyüşçü də öldürülüb, həmçinin druzlar üç bədəvini də edam edib.
İsrailin hava hücumları nəticəsində hökumət ordusunun daha 15 əsgəri həlak olub.
Xatırladaq ki, bu gün İsrail və Suriya tərəfləri atəşkəs barədə razılıq əldə ediblər.
Ağarza Elçinoğlu