İyunun 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Səpnəkəran kənd inzibati ərazi dairəsinin sakinləri ilə  keçirib.

"Unikal" xəbər verir ki, səyyar görüşdə hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Taleh Qaraşov ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib və bütün məsələlərin şəxsi nəzarətində olduğunu bildirib. 

İcra başçısı kənd sakinləri tərəfindən qaldırılan bütün müraciət və təklifləri diqqətlə dinləniyib, obyektiv qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı səlahiyyətli şəxslərə göstərişlər verilb, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin ünvanlanmasını tapşırıb.

Səpnəkəran, Mikolan və Yuxarı Yüvədi kəndlərinin sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.