“Beynəlxalq təşkilatların hesablamalarına görə ölkəmiz 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə içərisində olacaq. Bu da bir növ aqrar sektorun transformasiyasında resurs əsaslı yanaşmanın da labüd olduğunu qeyd edir və Dövlət Proqramı da əsas hədəfləri müasir suvarma altında olan sahələrin 130 min hektardan 300 min hektara qədər çatdırılması hədəfini qarşısına qoyub”.
"Unikal" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu bir növ məhsuldarlıq artımının da fundamental əsasını formalaşdıran yanaşma və tədbirdir:
“Müasir suvarma və suvarma şəbəkəsinin yenilənməsi ilə yanaşı, torpaq konsolidasiyası da Dövlət Poqramının ilk dəfə Azərbaycanda tətbiq olunan əsas tədbirlərindən biridir".
Anar Kəlbiyev
























































