“Şamaxı” komandası futbolçusu Sezar Enrike ilə yollarını ayırıb.

Klubdan "Unikal"a bildirilib ki, braziliyalı müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, Sezar Enrike ötən ilin yayından bölgə təmsilçisinin formasını geyinirdi.