Bakıda binanın divarı minik avtomobillərinin üzərinə aşıb.

"Unikal" “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Qarabağ küçəsində baş verib.

Bir müddət əvvəl söküntüsü aparılmış 4 mərtəbəli binanın yolun kənarında olan qalıq hissəsi qəfil uçub. Divar ərazidə park edilmiş avtomobillərin üzərinə aşıb.

Hadisə anı ərazidəki kamera tərəfindən anbaan lentə alınıb.