"Ermənistan artıq periferik bölgə və çıxılmaz nöqtə deyil, Ermənistan mərkəz və yol ayrıcıdır".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası zamanı deyib.
"Müxalifətin əvvəllər dediklərini xatırlayırsınızmı: onlar Meğridən dəhliz verirlər, onlar Meğrini verirlər və s. Söz verdilər, dəhliz vəd etdilər, amma vermirlər, buna görə də pis olacaq. Bu gün həmin sənədlər açılıb, paraflanıb. Və açıq şəkildə bildirilir ki, TRIPP layihəsi Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək", - deyə o qeyd edib.
O, bütün bunları dəhliz vermək və dəhliz vəd etmək nə qədər yalan və məsuliyyətsiz tezis olduğunu göstərmək üçün dediyini açıqlayıb.
Ağarza Elçinoğlu

























































