"Son dövrlər iqlim dəyişikliyi konteksində su resurslarının azalması və dalğalanmalar müşahidə olunur".

"Unikal" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Nazir müavini qeyd edib ki, Dövlət Proqramında nəzərdə tutulmuş əsas tədbirlərdən biri də yüksək əlavə dəyər yaratması və ixrac potensialı nəzərə alınmaqla intensiv və superintensiv bağçılığın genişləndirilməsidir.

"2030-cu ilədək intensiv və superintensiv meyvə bağlarının sahəsinin 20 min hektar artırılması hədəflənir".

Qeyd edək ki, mətbuat konfransı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunub.

Anar Kəlbiyev