"Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları" təsdiq edilib.
"Unikal" xəbər verir ki, bu barıdə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Naxçıvan Muxtar Respublikası üzrə sudan ödənişli istifadə qaydaları bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilir.