Rusiyanın Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatı Mixail Delyaginin yerli televiziya kanallarından birində Azərbaycanla bağlı verdiyi səriştəsiz və cəfəng açıqlamalara münasibət bildirib.
"Unikal" RİA Novosti-yə istinadən xəbər verir ki, açıqlamada deyilir:
“Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı bəyanatları Moskvanın mövqeyi ilə uyğun gəlmir, bu cür bəyanatlar yolverilməzdir”, - deyə Rusiya XİN-dən vurğulanıb.
Xatırladaq ki, rusiyalı deputat Azərbaycanı “proksi-dövlət” adlandırmış və ölkəmizin neft sənayesini vurmağı təklif etmişdi.