"Biz İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə bildirib.
“Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir.
Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”, - XİN-dən vurğulanıb.