Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumata görə, Rusiyanın dövlət başçısı bu gün eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefonla danışıb.
"Danışıq zamanı üçtərəfli bəyanatın bütün müddəalarının ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb", - deyə məlumatda qeyd olunub.