Bundan əvvəl Rusiya Federasiyası Dövlət Dumasının deputatı Delyagin Mixayıl ölkəmizi nüvə silahı ilə hədələmişdi.
Bununla bağlı deputat Fazil Mustafa "Unikal"a açıqlamasında bildirib ki, həmin deputatların danışdıqları cəfəngiyyatdan ibarətdir. O qeyd edib ki, Rusiyada hədə ritorikası yığışdırmalıdırlar.
"Bu, Rusiyanın maraqlarına ziddir. Həmin deputatlar boş-boş danışırlar. Bir neçə gün bundan qabaq bir deputat hədə ritorikası ilə danışdı, daha sonra üzr istədi. Bu dəfə danışan da ona doğru gedir. Böyük-böyük danışırlar, münasibətin pozulmasına gəlib çıxanda üzr istməyə başlayırlar. Azərbaycan öz işində olmalı, daha da güclənməli, öz imkanlarını genişləndirməli, özünü müdafiə qabiliyyətini artırmalıdır. Qalan hədələr boş şeylərdir. Türkiyədən də hər zaman reaksiyalar olub ki, Azərbaycanı kimsə tək görməsin. Azərbaycan yalnız ölkə deyil ki, hər çatan hədələyə bilsin. Rusiya ilə də normal münasibətlərimiz var. Bu şəxslər ermənilərin təhriki ilə münasibətləri pozmağa çalışırlar. Bu, ermənilərin qarşısında borcunu ödəmək məqsədilə edilən bir çıxışdır. Bu danışan şəxs Yaponiyanı də hədələyirsə, demək onun başı pozulub. Yəni, ağıllı adam Yaponiyanı hədələyərmi? Yaponiya ABŞ-ın ən yaxın müttəfiqidir".
Anar Kəlbiyev