İtaliyanın minatəmizləmə sahəsində Azərbaycana əlavə dəstək göstərəcək.
"Unikal" xəbər verir ki, bunu İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir bildirib ki, bu məsələ onun italiyalı həmkarı ilə bugünkü görüşündə müzakirə edilib: “İtaliya şirkətləri bu prosesdə iştirak edirlər. Luici Di Maio İtaliya şirkətləri bununla bağlı əlavə addımlar atacağını söylədi. Bildirdi ki, minatəmizləmə sahəsində Azərbaycanın müvafiq qurumlarına dəstək göstəriləcək”.