Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda gecə klubunda partlayışla əlaqədar Azərbaycana bağsağlığı verib.
"Unikal" xəbər verir ki, bu barədə səfir tviterdə paylaşım edib.
“Aprelin 3-də Bakıda baş vermiş qaz partlayışı ilə əlaqədar insan itkisinə görə dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin hamısına şəfa diləyirəm”, - o qeyd edib.