Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili və qanunsuz varlanmaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər görüləcək.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla imzalanan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, Nazirlər Kabineti Baş Prokurorluq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ilə birgə 2022-2026-cı illər ərzində maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsini təmin etməlidir.