Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə davam edəcək.
"Unikal" xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millie deyib.
"Rusiyanın Ukraynaya silahlı müdaxiləsi mənim ABŞ ordusunda 42 illik karyeram ərzində Avropanın və bəlkə də dünyanın sülh və təhlükəsizliyinə ən ciddi təhdiddir”, - deyə general bildirib.
"Birləşmiş Ştatlar həlledici və tarixi, geostrateji dönüş nöqtəsindədir. Biz özümüzü getdikcə qeyri-sabitləşən və böyük dövlətlər arasında əhəmiyyətli beynəlxalq münaqişə potensialı azalan deyil, artırılan bir dünyada görürük", - deyə Mark Millie çıxışını sonlandırıb.
Gülayə Mecid