Kursk vilayətində Şimali Koreyadan olan hərbçilər Ukrayna ordusu tərəfindən əsir götürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.
O, hərbi əsirlərdən birinin fotoşəkillərini və hərbi biletinin şəkillərini paylaşıb.
"Əsgərlərimiz Kursk bölgəsində Şimali Koreyadan olan hərbçiləri əsir götürüblər. Bu iki əsgər yaralı olsalar da, sağ qalıblar. Kiyevə aparılıblar", - Zelenski yazıb.
Ağarza Elçinoğlu