Ukraynanın Buça şəhərində törədilmiş qətliamı kimin törətdiyi məlum olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "tamamilə qeyri-insani" hərbi cinayətlər törətməkdə şübhəli bilinən rus komandiri bu yaxınlarda Pravoslav Kilsəsi tərəfindən xeyir-dua almış veteran əsgər kimi tanıdılıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin də soyqırımı adlandırdığı sözügedən qırğının Polkovnik-leytenant Azatbek Omurbekov tərəfindən törədildiyi məlum olub. Bildirilir ki, o, Kiyevdən təxminən 15 mil kənarda yerləşən Buça şəhərinin işğalında iştirak edən 64-cü Əlahiddə Motoatıcı Briqadanın komandiridir.
Onun komandanlığı altında olan rus qoşunlarının silahsız mülki vətəndaşları qətlə yetirməsi, həmçinin qadın və uşaqların vəhşicəsinə zorlanması ilə bağlı xəbərlər yayılıb. Rusiya qoşunlarının geri çəkilməsindən sonra kütləvi məzarlıqlar və əlləri arxadan bağlanmış cəsədlər aşkar edilib.
Rusiya ordusunun və xüsusi xidmət orqanlarının fəaliyyətini izləyən Ukrayna könüllüləri təşəbbüsü olan "InformNapalm", komandiri müəyyən etmək üçün açıq mənbə kəşfiyyat məlumatlarından istifadə etdiyini bildirib.
Qeyd edək ki, 64-cü Əlahiddə Motoatıcı Briqadası Rusiya Federasiyasının Quru Qoşunlarının taktiki birləşməsidir. O, 35-ci Birləşmiş Silahlı Ordunun bir hissəsidir.
2-ci dünya müharibəsi zamanı, 1942-ci ilin yanvarında 3-cü güclü orduya çevrildi. Onun funksiyası Şimal-Qərb Cəbhəsinin bölmələrinin döyüş qabiliyyətini gücləndirmək idi. 50-ci illərin əvvəllərində bu bölmə 62-ci Panzer Diviziyasının adını daşımağa başladı.
1967-ci ildə ondan 88-ci motoatıcı alayı ayrıldı. Yeri illər ərzində bir neçə dəfə dəyişdi.
Alay birinci və ikinci çeçen müharibəsində döyüş tapşırıqlarını yerinə yetirib, ondan əvvəl isə Əfqanıstan müharibəsində də iştirak edib.
"51460" kod adlı briqada 2009-cu il yanvarın 1-də 270-ci motoatıcı diviziyasının 882-ci motoatıcı alayından yaradılıb.
O, hətta Rusiyanın özündə də "cəhənnəm" hesab edilir.
Onu da deyək ki, Buça şəhərindəki qətliamı rusların törətmədiyi, bunun Suriyadan gələn muzdlular tərəfindən edildiyi bildirilirdi. Lakin məlum faktlar bu qətliamı Rusiyanın törətdiyini bir daha sübut edir.
Ağarza Elçinoğlu