Rusiyanın BMT-dəki nümayəndəsi Vasil Nebenzya rus qoşunlarının Buçadakı vəhşiliklərdə iştirakını etiraf edib və dəfələrlə Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”nı müharibə adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki nümayəndəsi Sergey Kislitsia məlumat yayıb.
Belə ki, rus diplomatı qəfil bilmədən “rus qoşunları gələnə qədər” Buçada meyit olmadığını bildirib. Daha sonra rus diplomat yanlışlığa yol verdiyini ifadə edərək, üzr istəyib.
Onun bu çıxışı dünya mediasında gündəm mövzusuna çevrilib.
Qeyd edək ki, Buça azad edildikdən sonra Ukrayna mətbuatında rus işğalçılarının vəhşiliklərini əks etdirən çoxsaylı foto və videolar yayılıb. Xüsusilə də görüntülərdə Buça küçələrində yatan ölən mülki şəxslərin cəsədləri əks olunub.
Rusiya Müdafiə Nazirliyi Buça sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi və işgəncələrə məruz qalmasında iştirakını rədd edib. İddiaya görə, cəsədlər bu yaxınlarda bütün rus bölmələri Buçadan martın 30-da tamamilə ayrıldıqdan sonra küçəyə atılıb.
Rusiya aprelin 4-də Buçada “Ukraynalı radikalların təxribatları” ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb etsə də, rədd edilib.
Gülayə Mecid