Avropa Parlamentində (AP) nasist salamı verən bolqar millətçi deputat Angel Dzhambazkini cərimələnib.
"Unikal" xəbər verir ki, Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının iclasında prezident Roberta Metsola, AP nizamnaməsinin 176-cı maddəsinə əsasən, Bolqarıstan deputatı Angel Dzhambazkiyə uyğun olmayan nasist Salamına görə 6 günlük müavinətin kəsiləcəyini bildirib.
Sözügedən qərarın martın 31-də Bolqarıstan millət vəkilinə çatdırıldığını bildirən Metsola, Dzhambazkinin parlament qaydalarına uyğun olaraq şikayət etmək hüququna malik olduğunu bildirib.
Bolqarıstan Milli Hərəkat Partiyasından (VMRO) deputat olan Dzhambazki fevral ayında Fransanın Strasburq şəhərində AP Baş Assambleyasının kürsüsündə çıxış edib.
AP-də Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) qrupunda partiyasını təmsil edən Dzhambazki çıxışında avropalı parlamentarilərə, "Nə deyəcəyimizə və nə edə bilməyəcəyimizə qərar verməyinizə icazə verməyəcəyik. Yaşasın Orban və Fidesz, yaşasın Kaçinski və PiS (Qanun və Ədalət Partiyası), yaşasın Bolqarıstan və bizim milli dövlətimiz”, -sözləri işlədib.
Çıxışından sonra tribunadan enən Dzhambazki zaldan çıxarkən sol əli ilə pencəyinin ön hissəsini düymələyib və nasist Salamı verib.
Gülayə Mecid