Türkiyə Xarici İşlər Nazirliyi Buça və İrpen qətliamı ilə bağlı bəyanat yayıb.
"Unikal" xəbər verir ki, Türkiyə XİN qətliamı sərt şəkildə pisləyib və Ukrayna xalqına dəstəyini ifadə edib:
“Kiyev yaxınlığındakı Buça və İrpin daxil olmaqla müxtəlif bölgələrdən mediaya yansıyan qətliam görüntüləri dəhşətli və insanlıq adına məyusedicidir. Ukrayna xalqının ağrısını paylaşırıq.
Günahsız mülki əhalinin hədəfə alınması əsla qəbul edilə bilməz. Məsələnin müstəqil araşdırmaya cəlb edilərək bundan məsul şəxslərin müəyyənləşdirilməsi və onların cavab vermələrinin təmin edilməsi əsas gözləntimizdir.
Türkiyə insanlıq adına utancverici bu cür səhnələrin sonlanması və mümkün qədər tez sülhün əldə edilməsi üçün səy göstərməyə davam edəcək”.
Aynurə Xudaverdiyeva
Kiev Yakınlarındaki Bucha ve İrpin Bölgelerinden Gelen Görüntüler Hk. https://t.co/PNJT5FZcVT pic.twitter.com/yvYtn3Nx31
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) April 6, 2022