Antarktikada pinqvinləri saymaq üçün işçi axtarılır.
"Unikal"ın "The Independent"ə istinadən verdiyi xəbərə görə, dünyanın ən ucqar poçt şöbəsi Antarktikadakı pinqvinləri saymaq üçün yeni işçi axtarır.
UK Antarctic Heritage Trust (UKAHT) Antarktika əməliyyatları üzrə direktoru Lauren Lasomb BBC-yə deyib ki, onlar Port Lockroy-da bazasını saxlamaq üçün komanda axtarır və bunun üçün yüzlərlə müraciətə baxacaqlar.
Pandemiyadan sonra ilk dəfə olaraq ictimaiyyət üçün yenidən açılacaq baza, adətən noyabr-mart ayları arasında təxminən 18,000 insanı qəbul edir.
Real namizədlər Antarktika yarımadasının Qudier adasında Gento pinqvinlərinin koloniyasının yanında məskunlaşacaqlar.
Namizədlər fiziki cəhətdən sağlam və ətraf mühitə qarşı şüurlu olmalı və minimum dərəcədə necə yaşamağı bilməlidirlər.
Qeyd edək ki, Port Lockroy 1944-1962-ci illərdə Antarktika yarımadasındakı ilk daimi Britaniya bazası olub. İndi isə o, muzey və poçt şöbəsinə çevrilib.
UKAHT-ın internet saytı vasitəsilə müraciət üçün son tarix 25 apreldir.
İşə qəbul olunanlar bu ilin oktyabr ayında Kembricdə bir həftə təhsil alacaq, daha sonra 2023-cü ilin mart ayına qədər yaşayıb işləyəcəkləri Antarktikaya göndəriləcəklər.
Ağarza Elçinoğlu