Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Birləşmiş Millətlər Təşkilatını tənqid edib.
"Unikal" xəbər verir ki, o, BMT-nin Ukrayna müharibəsi səbəbiylə təsirsiz olduğunu tənqid edərək, "Ukraynadakı hazırkı müharibədə Birləşmiş Millətlər Təşkilatının acizliyinə şahid oluruq" deyib.
“Bu gün biz tez-tez geosiyasətdən danışırıq, lakin təəssüf ki, hakim məntiq ən güclü dövlətlərin iqtisadi, ideoloji və hərbi təsir dairələrini genişləndirərək öz maraqlarını müdafiə etmək strategiyalarıdır. Biz bunu müharibə ilə görürük”, - deyə Papa vurğulayıb.
İkinci Dünya Müharibəsindən sonra yeni sülh tarixinin əsaslarının qoyulduğunu ifadə edən ruhani lider, "Təəssüf ki, öyrənmirik. Təəssüf ki, rəqabət aparan böyük dövlətlərin köhnə hekayəsi davam etdi. Ukraynada indiki müharibədə BMT təşkilatının acizliyinin şahidi oluruq”, - bildirib.
Gülayə Mecid