Əməkdar artist Rühəngiz Allahverdiyeva "Həmin Zaur" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni verilişdə bəzi açıqlamalar verib. O oğlunu sevdiyi qızla ayırdığını etiraf edib. Lakin o, sonradan həmin xanımın oğlu ilə evlənməsinə icazə verib:
"Almadığına görə yox... Bəyəndiyi qız olub. Qızı mənə göstərdi, qızdır da... Allahdan böyük rəssam yoxdur. Nəyi bəyənmədiyimi deyə bilmərəm. Amma sonradan qızın fotosun gördüm, dünya gözəlidir. Sonra o başqası ilə ailə qurdu, alınmadı onda boşandı. Dedim, oğlumun ürəyi istəyirsə, oğlum onla ailə qursun, razıyam. Ancaq qismət, alınmadı".