UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
"Unikal" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya "Real Madrid"inin hücumçusu Kərim Benzema layiq görülüb.
35 yaşlı fransalı forvard səsvermədə İspaniya "Vilyarreal"ından Covani Lo Çelsonu, İngiltərənin "Liverpul" klubundan Luis Diası və "Mançester Siti"dən Kevin De Brüyneni geridə qoyub.
Qeyd edək ki, Kərim Benzema "Real Madrid"in İngiltərədə "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldiyi matçda het-trik edib.