Ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında, restoranlarda və ictimai-iaşə obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı bir sıra obyektlərdə quraşdırılan qaz-toztutucu qurğuların vəziyyətinin qeyri-qənaətbəxş olduğu qeydə alınıb.
"Unikal" xəbər verir ki, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib. O qeyd edib ki, bir çox obyekt və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atılır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur:
“Ramazan ayının başlaması ilə əlaqədar bir çox şadlıq saraylarının, restoranların və ictimai-iaşə obyektlərinin fəaliyyətində fasilə yaranması fürsətindən istifadə edərək obyekt sahibləri qurğulara texniki xidmət göstərilməsi, filtrlərin vaxtında təmizlənməsi məqsədilə zəruri tədbirlər görməlidir”.