Sonuncu dəfə "Maraşlı" serialında birgə rol alan Burak Dənizlə Alina Boz yenidən tərəf müqabili olacaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük "Disney Plus" üçün çəkilən serialda baş rolu paylaşacaq. 

Qeyd edək ki, serialın adı və mövzusu hələlik açıqlanmayıb.